Culfada çoxnövçülük üzrə mərhələ yarışı keçirilib
- 25 Okt 2023 10:00
- 274
Çağırışyaşlı və çağırışaqədərki gənclər arasında “Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə muxtar respublika birinciliyinin Culfa rayon mərhələsi reallaşıb.
Rekord.az xəbər verir ki, 14 komandadan 70 məktəbli iştirak etdiyi yarışda iştirakçılar 100 və 2000 metr məsafələrə qaçış, qumbaraatma və turnikdə dartınmada öz qüvvələrini sınayıblar.
Ərəzin kənd tam orta məktəbin komandası qalib olmaqla final mərhələsində iştirak hüququ qazanıb. Saltaq və Milax kənd məktəbliləri müvafiq ardıcıllıqla ikinci, üçüncü yerlərə sahib çıxıblar.