Culfada Vətən müharibəsi şəhidləri Seyidov Nihat Mehman oğlu və Məmmədov Sənan Hidayət oğlunun xatirəsinə həsr olunmuş açıq voleybol birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, dairəvi sistem üzrə 6 komanda qələbə uğrunda mübarizə aparıb.

Finalda "Əbrəqunus" üzərində qələbə qazanan "Göydərə" yarışın qalibi olub. Əbrəqunuslular ikinciliklə kifayətlənib. "Xanəgah" komandası isə yarışı üçüncü yerdə tamamlayıb.

Mükafatlandırmadan öncə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı şanlı qələbədən, bu yolda canından, qanından keçən qəhrəmanlarımız barədə danışıblar. Yarışa fəxri qonaq qismində dəvət olunmuş şəhid ailələrinin üzvləri xatirələri bölüşüb, təşkilatçılığa görə təşəkkürlərini ifadə ediblər.