
D kateqoriyalı məşqçi kurslarına yekun vurulub
- 14:40
- 45
AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə keçirilən D kateqoriyalı məşqçi kurslarına yekun vurulub.
Rekord.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində keçirilən kurs 3 gün davam edib.
Kursun son günündə iştirakçılara müvafiq lisenziyalar təqdim edilib. Lisenziyaları Kütləvi Futbol Departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov və AFFA-nın məşqçi kurslarının təlimatçısı İlham Əzizzadə təqdim ediblər.