AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə Təhsil və Reabilitasiya Mərkəzində keçirilən “D” kateqoriyalı məşqçi kursları davam edir.


Rekord.az xəbər verir ki, kursun ikinci günündə AFFA-nın məşqçi kurslarının təlimatçısı İlham Əzizzadə və Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov tərəfindən iştirakçılara “Kütləvi futbolda əsas prinsiplər”, “Məşq metodları”, “Məşqçi davranışları” və digər mövzulara dair örnəklər nümayiş etdirilib, onların müxtəlif prizmalardan geniş müzakirəsi aparılıb.


Kurs nəzəri və praktiki hissələrdən ibarət olmaqla keçirilib. 20-dən çox şəxsin qatıldığı kursa bu gün yekun vurulacaq.