Emin Mahmudovdan sonra «Neftçi»ni tərk etməyə hazırlaşan daha bir futbolçunun kimliyi məlum olub.

Rekord.az xəbər verir ki, Baqali Dabo klubla müqaviləni uzatmamağı lazım bilib.

Fransalı hücumçu artıq öz seçimini edib - o, Türkiyənin yolunu tutmağa hazırlaşır. 2018-ci ilin iyununda «Qəbələ»dən «Neftçi»yə gələn forvard TFF I Liqa klublarından «Bursaspor» və «Hatayspor»la danışıqlar aparır.

Əslində, Dabo bu qış fasiləsində «ağ-qaralar»ın düşərgəsini tərk etməli idi. Fransız «Adana Dəmirspor»la şifahi razılığa gəlmişdi. Roberto Bordinin istefaya göndərilməsi onu son anda «Neftçi»də saxladı. (sportinfo.az)