
Dadaşov dubla imza atdı
- 27 Mar 2025 11:22
- 91
Almaniyanın Şimal-Şərq Regional Liqasında 26-cı turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi Berlin “Dinamo”su bu turda səfərdə “Zehlendorf”la qarşılaşıb.
Rüfət komandasının 5:3 hesabıyla qalib gəldiyi bu oyunda dubl edib. 3-cü dəqiqədə hesabı açan 33 yaşlı forvard 75-ci dəqiqədə 4-cü qolu vurub.
Rüfət bu mövsüm çempionatda vurduğu qolların sayının 11-ə çatdırıb. O, Berlin kubokunda da 4 dəfə rəqib qapısına yol tapıb.
“Dinamo" hazırda 40 xalla 6-cı pillədə qərarlaşıb.