Dadaşov qayıdışı komandasına kömək etmədi
- 14 Dek 2024 00:59
- 93
Azərbaycan millisinin hücumçusu Renat Dadaşov zədədən sonra yaşıl meydanlara qayıdıb.
Rekord.az xəbər verir ki, 25 yaşlı futbolçu 6 turluq fasilədən sonra "Ankaragücü"nün heyətində meydana çıxıb.
Dadaşov Türkiyə 1-ci Liqasının 16-cı turu çərçivəsində “Manisa”ya qarşı keçirilən matçda forma geyib. Görüşə ehtiyatdan başlayan millimizin hücumçusu qarşılaşmanın 82-ci dəqiqəsində Alper Uludağın əvəzinə meydana çıxıb. Lakin Renatın qayıdışı uğurlu alınmayıb. Onun komandası öz meydanında uduzub – 0:1.
Bu məğlubiyyətdən sonra əvvəlki kimi 23 xalda qalan “Ankaragücü” turnir cədvəlində 6-cı yeri tutur.