Futbol üzrə Portuqaliya çempionatında 9-cu turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Pasuş de Ferreyra” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Sportinq”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.

Renat da bu görüşün iştirakçısı olub. O, 80-ci dəqiqədə meydana buraxılıb.

Qeyd edək ki, Renat bu yay İngiltərənin “Vulverhempton” klubuna transfer olunsa da, “Pasuş de Ferreyra”ya 1 illik icarəyə verilib. Futbolçumuzun komandası hazırda 5 xalla 18 kollektiv arasında 17-cidi.