Futbol üzrə Almaniya 3-cü Bundesliqasında 16-cı turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Proyssen” də növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Zviçkau” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 2:4.

Rüfət də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 85-ci dəqiqədə əvəzlənib. Cari mövsümdə 4 qol vuran millimizin forvardı bu oyunda fərqlənə bilməyib.

Münster klubu 16 turdan sonra 13 xalla 20 kollektiv arasında 19-cu pillədə qərarlaşıb.