Dadaşov “Vulverhempton”da debüt etdi
- 13 Yan 2020 16:21
- 856
Azərbaycan millisinin üzvü Renat Dadaşov “Vulverhempton” klubuna qayıdıb.
Rekord.az xəbər verir ki, 20 yaşlı hücumçu “canavarlar”ın U-23 komandasının “Blekbern”lə oynadığı Premyer Liqa-2 matçında iştirak edib. Start heyətdə meydana çıxan Renat, 86-cı dəqiqədə Kiran Fillipslə əvəzlənib. Görüş “Vulverhempton”un 0:1 hesablı məğlubiyyət ilə başa çatıb.
2019-cu ilin yayında “Eştoril”dən “Vulverhempton”a keçən Renat, daha sonra “Pasuş de Ferreyra” klubuna 1 illik icarəyə verilmişdi. Portuqaliya təmsilçisində özünü göstərə bilməyən Dadaşov, müqaviləsinin bitməsinə 6 ay qalmış “Vulverhempton”a qayıdıb.