Futbol üzrə Almaniya 3-cü Bundesliqasında 19-cu turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Proyssen” də növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda “Maqdeburq”la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:0.

Rüfət də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının ilk qolunu da millimizin forvardı vurub. 36-cı dəqiqədə fərqlənən Dadaşov cari mövsümdə vurduğu qolların sayını 5-ə çatdırıb.

Münster klubu 19 turdan sonra 16 xalla 20 kollektiv arasında 18-ci pillədə qərarlaşıb.