
Dadaşovadan beynəlxalq turnirdə qızıl medal
- 14 Fev 2025 14:15
- 139
Türkiyənin Antalya şəhərində taekvondo üzrə keçirilən G-2 kateqoriyalı Türkiyə Açıq beynəlxalq turnirində (Turkish Open) gənclər arasında çıxış edən milli komandamızın üzvü Humay Dadaşova qızıl medal qazanıb.
Rekord.az xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidməti məlumat yayıb.
O, 46 kq çəki dərəcəsində bütün rəqiblərini üstələyib.