Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Ankaragücü” heyətini almaniyalı futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, paytaxt təmsilçisi Niko Şultsla anlaşıb. Almaniya millisinin sabiq üzvü “Ankaragücü” ilə 2 illik müqavilə imzalayıb.

Şults daha əvvəl “Herta”, “Borussiya” (Münhenqladbax), “Hoffenhaym” və “Borussiya” (Dortmund) klublarında oynayıb.