İngiltərənin “Vulverhempton” klubu koronavirusla mübarizəyə dəstək olub.

Rekord.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. “Vulverhempton” koronavirusla mübarizə aparan xəstəxanalarda çalışan həkimlərə 4000 maska bağışlayıb.

Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşov “Vulverhempton” klubunun üzvüdür. 21 yaşlı hücumçu “canavarlar”ın əsas komandasında debüt etməyib.