Azərbaycan yığmasının hücumçusu Renat Dadaşov Polşa çempionatında növbəti oyununu keçirib.


Rekord.az xəbər verir ki, onun çıxış etdiyi "Radomyak" “Puşa"nın qonağı olub.


Ekstraklasanın 29-cu turu çərçivəsində keçirilən qarşılaşmada qalib müəyyənləşməyib - 2:2. Renat məhsuldar heç-heçənin qeydə alındığı görüşün 65-ci dəqiqəsində meydana daxil olub.


“Radomyak” 35 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.