Dağıntılar altında qalan daha dörd voleybolçu həlak oldu
- 15 Fev 2023 15:20
- 589
Türkiyədə baş vermiş zəlzələdə daha dörd voleybolçu həlak olub. "Rekord.az" xəbər verir ki, xilasedicilər "Rasus Kimya Hatay" klubunun dörd üzvünün cansız bədənini dağıntılar altından çıxarıblar.
Günlərdir axtarışları davam edən voleybolçular Ahsen Baş, Dilek Mucuk, Gözde Öztürkü və İrem Kurtoğlunu xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Hatay komandasının daha bir oyunçusu Gülnaz Özer baş vermiş ilk zəlzələ zamanı uçan binanın dağıntıları altında qalsa da oradan sağ çıxarılmışdı.