
Daha 3 gimnastımız finalda
- 28 Mar 2025 23:18
- 87
Bakıda keçirilən bədii gimnastika üzrə AGF Trophy beynəlxalq turnirində top və halqalarla təsnifat mərhələsinə yekun vurulub.
Rekord.az xəbər verir ki, Azərbaycan yığmasının daha 3 gimnastı finala yüksəlib.
Zöhrə Cəfərova gənclərin mübarizəsində topla çıxışda təsnifat mərhələsini 1-ci pillədə başa vurub. O, halqa ilə çıxışı zamanı ilk 8-də yer alıb. Zöhrə həm də iki növdə çoxnövçülükdə ilk pillədə qərarlaşıb.
İlona Zeynalova halqa, Kamilla Seyidzadə isə topla hərəkətlərdə minimum vəzifənin öhdəsindən gəliblər.
Qeyd edək ki, daha əvvəl yeniyetmələr arasında Şəms Ağahüseynova və Ayla İbrahimova topla hərəkətlərdə, Azadə Atakişiyeva və Nur Sadıqova halqa ilə hərəkətlərdə finala vəsiqə qazanıblar.