
Daha 3 komandaya texniki məğlubiyyət verildi
- 08 Apr 2025 14:20
- 95
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda bu qurumun bayrağı altında keçirilən yarışlarla bağlı bəzi qərarlar qəbul olunub.
Region Liqasının “Masallı” PFK - “Salyan” OİK oyununda “Salyan”ın futbolçusu Kamran Kərimov təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalandırılıb.
Region Liqasının “Göyəzən” FK - “Veteran Tankçılar Gəncə” FK oyununda “Veteran Tankçılar Gəncə”nin futbolçusu Hüseyn Quliyev hakimləri təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalandırılıb.
Region Liqasının “Ərkivan” (Masallı) - “Qobustan” FK oyununda “Ərkivan”ın heyətində protokolda adı qeyd edilməyən futbolçu iştirak etdiyinə görə “Ərkivan”a 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-11 Liqasının “Santos Baku” – “Antiguoko İnternational” oyununda “Antiguoko İnternational” komandası qarşılaşmanın 48-ci dəqiqəsində meydana lisenziyası olmayan futbolçu buraxdığına görə “Antiguoko İnternational” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-11 Liqasının İCBFA – World Stars FA oyununda “World Stars”ın baş məşqçisi Çıraq Behbudov qarşılaşmanın 48-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırıldığı üçün 5 oyun cəzalandırılıb.
U-17 Qızlar Liqasının “Şəfa” FK - “Zaqatala” PFK oyununda “Zaqatala”da yetərsay olmadığına görə bu komandaya texniki məğlubiyyət verilib.