AFFA İntizam Komitəsinin iclası keçirilib.

Rekord.az xəbər verir ki, iclasda bu qurumun bayrağı altında keçirilən müxtəlif yarışlarla bağlı qərarlar qəbul olunub:

U-15 Liqasının “Asta” FK – “Şamaxı” FK oyununda  “Asta”nın rəsmisi Rüstəm Əliyev qarşılaşmanın 80-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə aldığı üçün 5 oyun cəzalandırılıb. Qarşılaşma bitdikdən sonra “Asta”nın rəsmiləri və futbolçuları təhqiredici ifadələrdən və jestlərdən istifadə etdiklərinə görə “Asta”ya ciddi xəbərdarlıq edilib.

U-14 Liqasının “Sabirabad” – “Araz Saatlı” oyunu “Sabirabad” komandası təyin edilən vaxt meydanda olmadığına görə baş tutmadığı üçün “Sabirabad”a 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-12 Liqasının “Aran” (Şirvan) –“Şirvan” (Şirvan) oyunu “Şirvan”ın heyətində yetərsay olmadığına görə baş tutmadığına görə “Şirvan”a 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-11 Liqasının “Şamaxı” FK –“Lokomotiv” (Ucar) oyunu “Lokomotiv” (Ucar) komandası təyin edilən vaxt meydanda olmadığına görə baş tutmadığı üçün “Lokomotiv”ə 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-10 Liqasının “Baku Sporting” –“Laçın” İK oyunu “Laçın” İK komandası təyin edilən vaxt meydanda olmadığına görə baş tutmadığı üçün “Laçın”a 0:3 hesablı texniki məğlubiyyət verilib.