Futbol üzrə Azərbaycan Kubokunda növbəti 1/8 finalçının adı bəlli olub.

Rekord.az xəbər verir ki, 2-ci təsnifat mərhələsində "Şəfa" ilə qarşılaşan "Difai" 3:2 hesabı ilə qələbə qazanıb.

Bu qalibiyyət sayəsində Ağsu təmsilçisi 1/8 finalda "Neftçi"nin rəqibi olub.

Günün əvvəlki matçlarında "Qaradağ Lökbatan" "Karvan"ı (3:0), "Mingəçevir" "Zaqatala"nı (1:0), "Şamaxı" isə "Şəmkir"i (6:1) məğlub edib.