Bakının qadın voleybolçulardan ibarət "Azərreyl" klubu növbəti oyunçu ilə razılığa gəlib. "Rekord.az" xəbər verir ki, komandamız bu dəfə əcnəbi voleybolçunu heyətinə qatıb.

Bu, amerikalı hücumçu Naya Krittendendir. 25 yaşlı voleybolçu ən azı bir il Bakı klubunun uğurları üçün çalışacaq.

Qeyd edək ki, "Azərreyl" ölkəmizi avrokubokda təmsil edəcək.