Daha bir azərbaycanlı atlet DÇ-də qüvvəsini sınadı
- 27 Mar 2023 21:16
- 406
Albaniyanın Dürres şəhərində keçirilən yeniyetmələr arasında ağır atletika üzrə dünya birinciliyi davam edir.
Rekord.az xəbər verir ki, 60-dan çox ölkədən 322 (166 kişi + 156 qadın) atletin qatıldığı yarışda Azərbaycan atletləri də qüvvələrini sınayırlar.
Bu gün körpücük üzərinə Turan Əliyev çıxıb. O, 67 kq çəki dərəcəsinin B qrupunda mübarizə aparıb. Atletimiz birdən qaldırma hərəkətində 110 kq, təkanla qaldırma hərəkətində isə 131 kq-ı ram edib.
Toplam 241 kq (110+131) nəticə göstərən Turan Əliyev bu qrupda 1-ci yeri tutub. Atletimiz yekun sıralamada 9-cu pillədə qərarlaşıb.
Daha öncə Dəniz Cabbarlı (55 kq) 7-ci yerlə kifayətlənmişdi.