Daha bir boksçumuz Avropa Oyunlarında medalı təmin etdi
- 28 İyn 2023 23:36
- 364
Azərbaycan boksçusu Məhəmməd Abdullayev (+92 kq) Polşada keçirilən 3-cü Avropa Oyunlarında növbəti döyüşünə çıxıb.
Rekord.az xəbər verir ki, dünya çempionatının mükafatçısı 1/4 finalda Stilianos Pouliasla (Yunanıstan) üz-üzə gəlib.
Görüş boksçumuzun qələbəsi ilə başa çatıb. Abdullayev rəqibini 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib.
O, yarımfinala çıxmaqla özü üçün ən azı bürünc medalı təmin edib. Məhəmməddən öncə Murad Allahverdiyev (80 kq) də 1/4 final döyüşünü qələbə ilə bitirib.
Sərxan Əliyev (71 kq) və Məhsəti Həmzəyeva-Ağamalıyeva (57 kq) isə 1/4 final döyüşlərini məğlub başa vurublar. Hər iki idmançımız Fransadan olan rəqiblərinə uduzaraq mübarizəni dayandırıblar.
Avropa Oyunlarında yarımfinal döyüşləri iyunun 30-da olacaq.