Daha bir cüdoçumuz DÇ-ni medalsız başa vurdu
- 11 İyn 2021 16:46
- 778
Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatı davam edir.
Rekord.az xəbər verir ki, bu gün Azərbaycanın daha bir cüdoçusu mübarizəyə qoşulub.
Kişilərin yarışında 100 kq çəki dərəcəsində Elmar Qasımov tatamiyə çıxıb. O, 1/16 finald İliya Sulamanidzeyə (Gürcüstan) uduzaraq yarışla erkən vidalaşıb.
Qeyd edək ki, daha əvvəl Kəramət Hüseynov (60 kq) bürünc medal qazanıb, Orxan Səfərov (66 kq) və Hidayət Heydərov (73 kq) 5-ci yeri tutub.