Daha bir futbolçu zədəyə görə Türkiyə millisindən kənarda qaldı
- 14 Noy 2024 20:30
- 71
Portuqaliyanın "Portu" klubunda çıxış edən Deniz Gül zədə səbəbindən Türkiyə millisindən kənarda qalıb.
Rekord.az xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.
O, ilk dəfə çağırıldığı yığmanın düşərgəsindən zədəyə görə ayrılıb. 20 yaşlı hücumçu Uels və Monteneqro ilə UEFA Millətlər Liqası matçlarını buraxacaq. Onun əvəzinə İspaniyanın "Xetafe" klubunda forma geyinən Bertuğ Yıldırım yığmaya cəlb olunub.
“Ay-ulduzlular"da daha əvvəl zədə səbəbindən Çağlar Söyüncü və Ferdi Kadıoğlu heyətdən çıxarılmışdı.
Türkiyə yığması noyabrın 16-da Uels, üç gün sonra isə Monteneqro ilə üz-üzə gələcək.