Daha bir futbolçumuz ölkə xaricində özünə klub tapdı
- 17 Apr 2020 16:00
- 703
“Təxminən iki aydır Moldovadayam. Əsas liqada çıxış edən bir klubla razılaşmışam. Ancaq rəsmi açıqlama olmadığı üçün adını demək istəmirəm”
Rekord.az xəbər verir ki, bu sözləri matc.az-a Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Amit Quluzadə deyib.
27 yaşlı futbolçu son olaraq Bosniyanın "Çelik" klubunda çıxış edib. O, Moldovada da koronavirus pandemiyası səbəbindən liqanın təxirə getdiyini və klubların məşqləri dayandırdığını söyləyib:
“Məsələ çoxdan həll olunmalı idi. Koronavirusa görə bir müddətdir gecikir. Hələ də çempionatın nə zaman bərpa olunacağı bəlli deyil. Ancaq klubla müqavilə imzalamışam. Onlar açıqlamamış hansı komanda olduğunu demək istəmirəm”.
Quluzudə Azərbaycanın Moldovadakı səfirliyinə də təşəkkürünü bildirib: “Fürsətdən istifadə edib sizin vasitənizlə buradakı səfirliyimizə minnətdarlığımı bildirirəm. Mənimlə davamlı maraqlanırlar, daim əlaqa saxlayırlar. Çox sağ olsunlar ki, məni yalnız buraxmırlar”.