16-18 yaşlı gənclərdən ibarət Azərbaycan millisinin karateçisi Rumil Cəfərli Birləşmiş Ərəb Əmirliklərinin Fujeira şəhərində keçirilən “Karate1 Youth League” turnirinin gümüş medalını qazanıb.

Rekord.az xəbər verir ki, 76 kq çəki dərəcəsində çıxış edən gənc idmançı yalnız finalda rəqibinə məğlub olaraq, ikinci yerlə kifayətlənib.

Ondan öncə U-21 yığmasının üzvü Nicat Kərimli (75 kq) də bu turnirdə gümüş medal qazanmışdı.

Xatırladaq ki, Dünya Karate Federasiyasının nüfuzlu turnirlərindən sayılan bu yarışda 14 yaşadək uşaqlar, 14-15 yaşlı yeniyetmələr, 16-18 və 21 yaşadək gənclər mübarizə aparırlar. 67 ölkədən 1169 idmançının qatıldığı turnirdə Azərbaycanı 27 karateçi təmsil edir.