Daha bir azərbaycanlı futbol mütəxəssisi ölkə xaricinə gedib. Söhbət uzun müddət uşaq futbolunda çalışmış qapıçı məşqçisi Əsədulla Əliyevdən gedir.

Rekord.az xəbər verir ki, gənc məşqçi ABŞ-a yollanmağa qərar verib. O, bu ölkənin futbol məktəblərindən birində işə başlayıb.

Həmyerlimiz yeni işində hamımızın yaxından tanıdığı, Türkiyə millisinin və "Qalatasaray"ın əfsanə hücumçularından olmuş Hakan Şükürlə çiyin-çiyinə çalışır.

Belə ki, Əsədulla işlədiyi futbol məktəbində həm də Hakan Şükür məşqçi kimi işləyir.

Əliyev ölkəmizdə "Şəfa", "Neftçi" "Standard" və "Azal" kimi komandaların formasını geyinib.

2014-cü ildən qapıçılarla işləyən məşqçi kimi işə başlayıb. Məşqçi kimi isə "İnter" (indiki "Keşlə", "Yuventus" və "Mançester Yunayted" futbol məktəblərində işləyib. (sportinfo.az)