Daha bir rayonda gimnastika tədbiri
- 04 Mar 2024 14:12
- 246
Qobustan rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə “5 Mart-Bədən Tərbiyəsi və İdman Günü” münasibətilə “Gimnastika hamı üçün” devizi altında məşğələ keçirilmişdir.
Rekord.az xəbər verir ki, tədbirin keçirilməsində məqsəd, əlamətdar günlərin qeyd olunması, uşaq və yeniyetmə qızlar arasında bədii gimnastika idman növünə marağın artırılması, sağlam həyat tərzinə çağırış və təlim-məşq proseslərinin təkmilləşdirilməsidir.
Tədbirə qoşulan 20 yeniyetmə əvvəl isinmə hərəkətlərini, daha sonra isə kişi idman gimnastikası üzrə xalçada sərbəst hərəkətlər proqramını yerinə yetirmişlər. Məşğələ təcrübəli məşqçi Tatyana Yuryevna Belovanın rəhbərliyi altında keçirilmişdir.