Daha bir rayonda idman həftəsi
- 24 Fev 2023 13:43
- 440
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə keçirilən "İdman həftəsi" çərçivəsində “5 mart – Bədən Tərbiyəsi və İdman Günü” münasibəti ilə növbəti tədbir baş tutacaq.
Rekord. az xəbər verir ki, 02 mart 2023-cü il tarixdə Quba şəhər Azad Məmmədov adına 2 saylı təbiət fənləri təmayüllü məktəb liseydə cüdo idman növü üzrə ustad dərsləri keçiriləcəkdir.
Dərslər cüdo idman növü üzrə təcrübəli məşqçi Vaqif İsmayılov tərəfindən keçiriləcəkdir.