Daha bir tədbir Şamaxıda keçirilib
- 09 Fev 2024 13:00
- 229
Şamaxı rayon Həmid Həmidov adına Şərədil kənd tam orta məktəbində "İdman hamı üçün" layihəsi çərçivəsində “2 fevral-Azərbaycan Gəncləri Günü”nün qeyd olunması məqsədilə voleybol idman növü üzrə məşğələ keçirildi.
Rekord.az xəbər verir ki, tədbirdə yeniyetmələr proqrama qoşularaq, məktəbin fiziki tərbiyə müəllimi Surəyya Ədilovanın rəhbərliyi altında voleybol idman növü haqqında ətraflı məlumat əldə etdilər.
Qeyd edək ki, təlimin təşkilində məqsəd əhali arasında idmana marağın artırılması, sağlam həyat tərzinə çağırış və asudə vaxtın səmərəli təşkilidir.