Daha bir Türkiyə klubundan Azərbaycana dəstək - Foto
- 04 Noy 2020 15:31
- 1042
Türkiyənin daha bir voleybol komandası Azərbaycana dəstəyini nümayiş etdirib. "Rekord.az" xəbər verir ki, bu dəfə AXA Sigorta Efeler Liqasında çıxış edən kişi voleybolçulardan ibarət "Solhan Spor" klubu haqlı mübarizəmizdə yanımızda olduğunu göstərib.
Ölkə çempionatının 13-cü turu çərçivəsində "Fənərbaxça" ilə görüşdən öncəki isinmə zamanı "Solhan Spor"lu voleybolçular meydana üzərində "İki dövlət, bir millət" yazısı, həmçinin Azərbaycan və Türkiyə bayraqları olan köynəklərdə çıxıblar. Eyni zamanda qarşılaşmanın keçirildiyi salonda Azərbaycan və Türkiyə bayraqları asılıb.
Voleybolçular İzmirdə baş verən zəlzələyə də biganə qalmayıblar. Oyuna "Keçmiş olsun İzmir" yazılı pankartla çıxan idmançılar zəlzələ nəticəsində həyatını itirənlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Qeyd edək ki, Bingöldə baş tutan bu qarşılaşmada "Solhan Spor" 1:3 hesabı ilə məğlub olub.