Daha bir turnirin qapısı Rusiyanın üzünə bağlandı
- 28 Fev 2022 16:30
- 522
Rusiyanın paytaxtı Moskvada keçirilməli olan Karate 1 Premyer Liqa turnirinin məkanı dəyişdiriləcək.
Rekord.az xəbər verir ki, bu barədə Dünya Karate Federasiyasının (WKF) rəsmi saytı məlumat yayıb. Qurumun İcraiyyə Bürosu bununla bağlı yekdilliklə qərar çıxarıb.
Federasiya Premyer Liqa yarışlarının sayını saxlamaq istədiyi üçün yeni məkan axtarışlarına başlayıb.
Moskvadakı turnir 7-9 oktyabrda keçirilməli idi.
Rusiya qoşunlarının Ukraynaya işğalçı hücumu dünyada böyük narazılığa səbəb olub.