Daha bir yığmamız Avropa çempionu oldu
- 26 May 2024 22:36
- 289
Bakıda keçirilən güləş üzrə U-23 Avropa çempionatı başa çatıb.
Rekord.az xəbər verir ki, Sərbəst güləş üzrə millimiz digər komandalarımızın uğurunu davam etdirib.
1 qızıl, 2 gümüş və 2 bürünc medal qazanan yığmamız 137 xal toplayaraq komanda hesabında Avropa çempionu olub.
Türkiyə (119) ikinci, Moldova (96) isə üçüncü yeri tutub.
Xatırladaq ki, millimizin heyətində Cəbrayıl Qadjiyev qızıl, Kənan Heybətov (70 kq) və Ali Tsokayev (79 kq) gümüş, Nürəddin Novruzovla (61 kq) Arseniy Djioyev (86 kq) isə bürünc medal qazanıb.