Azərbaycan para-pauerliftinq idman növü üzrə milli komandasının daha iki üzvü Gürcüstanın Tbilisi şəhərində keçirilən dünya kubokunda uğurlu nəticəyə imza atıb.

Rekord.az xəbər verir ki, Talıb Zeynalov +107 kq çəki dərəcəsi "gənc idmançılar" kateqoriyasında 146 kq nəticə göstərərək fərdi çəkidə qızıl medal qazanıb. Bu nəticə ilə idmançımız ümumi çəkidə də daha bir qızıl medalın sahibi olub. Talıb Zeynalov böyüklər arasında 146 kq ilə yarışı 5-ci pillədə tamamlayıb.

Şamo Aslanov isə +107 kq çəki dərəcəsində 3 cəhdin cəmində 595 kq nəticə göstərərək gümuş  medal qazanıb.

İdmançımız fərdi kateqoriyada 205 kq nəticə göstərərək yarışı 4-cü pillədə tamamlayıb.