
Daha iki boksçumuz “Drakula Open”ə qələbə ilə başladı
- 20 Fev 2025 15:40
- 83
Rumıniyada gənc boksçular arasında “Drakula Open” beynəlxalq turniri davam edir.
Rekord.az xəbər verir ki, yarışın dördüncü günündə Azərbaycan millisinin daha 2 idmançısı qələbə qazanıb.
Boksçularımızdan Nihat Qasımov (51 kq) 1/8 finalda Kristian Serbanı (Rumıniya) sınağa çəkib. Görüş təmsilçimizin 5:0 (29:27, 29:27, 30:26, 30:26, 30:26) hesablı qələbəsi ilə başa çatıb. Qasımov 1/4 finalda ilk mərhələdən azad olan Maksim Maşevki (Ukrayna) ilə üz-üzə gələcək.
Zidan Hümbətov (54 kq) da turnirə qələbə ilə start verib. O, rumıniyalı Emzar Qransianı ilk raundda tam üstünlüklə məğlub edib. Hümbətov 1/4 finalda Roman Spakla (Moldova) qarşılaşacaq.
“Drakula Open”də final döyüşləri fevralın 23-də olacaq.