
Daha iki bölgədə futbol obyektlərinə baxış keçirilib
- 29 Mar 2025 21:45
- 101
AFFA rəhbərliyinin bölgələrə səfəri davam edib.
Rekord.az xəbər verir ki, AFFA-nın baş katibi Cahangir Fərəcullayev, baş katibin müavini Kamran Vəliyev və Futbolun İnkişafı Fondunun icraçı direktoru Tural Piriyev bu gün Gəncə və Mingəçevirdə futbol obyektlərinə baxış keçiriblər.
Onlar əvvəlcə FIFA və UEFA-nın maliyyə dəstəyi ilə AFFA tərəfəndən inşa olunmuş Məşq Mərkəzi və “Kəpəz” Futbol Akademiyasına, həmçinin orada salınmış iki təbii və bir süni örtüklü meydançaya baxış keçiriblər. Klubun İdarə Heyətinin sədri İlqar Nadiri akademiyada yaradılan şəraitlə bağlı məlumat verib.
AFFA rəsmiləri, eləcə də, Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda yaradılan şəraitlə tanış olublar. “Mingəçevir” klubunun nümayəndələri stadiondakı son durumla bağlı qonaqları məlumatlandırıblar.