Braziliya və Meksikada futbol yarışları qeyri-müəyyən müddətə təxirə salınıb.

Rekord.az xəbər verir ki, bu barədə hər iki ölkənin futbol qurumları məlumat yayıb. Təxirə salınmaya səbəb koronavirus pandemiyasının dünya ölkələrində sürətlə yayılmasıdı.

Braziliyada 200, Meksikada isə 41 nəfər koronavirusa yoluxub.

Hazırda koronavirus pandemiyasına görə ABŞ-da, İtaliyada, İspaniyada, Almaniyada, Fransada, Azərnbaycanda, İngiltərədə, Niderlandda, Portuqaliyada, Qazaxıstanda, Özbəkistanda və başqa bir neçə ölkədə futbol yarışları təxirə salınıb.