Daha üç oyunçumuz ölkə xaricində çıxış edəcək
- 26 Sen 2022 14:31
- 513
Milli qadın voleybolçularımızdan daha üç nəfərin 2022/2023-cü il mövsümündə çıxış edəcəkləri klublar bəlli olub. "Rekord.az" xəbər verir ki, bir hücumçu və iki toppaylayıcımız karyeralarını xaricdə davam etdirəcəklər.
Millimizin oyunqurucularından Şəfaqət Alışanova Macarıstanın “MAV Elore SC” klubunun formasını geyinəcək. Digər toppaylayıcımız Kristina Besman isə ötən il olduğu kimi bu mövsümdə də Rusiyanın “Tuliça” klubunun uğurları üçün çalışacaq.
Yığma karyerasını başa vurmuş Yana Kulan isə yenə Yaponiya mübarizə aparacaq. Təcrübəli hücumçumuz bu ölkənin “Toray Errouz” kollektivinin şərəfini qoruyacaq.