“Sabah” basketbol komandasının baş məşqçisi Boban Mitev Şimali Makedoniya klubu “Rabotniçki”ni 83:81 hesabı ilə məğlub etdikləri FİBA Avropa Kubokunun oyunu barədə danışıb.

Rekord.az xəbər verir ki, təcrübəli mütəxəssis əsas problemin təcrübəsizlik olduğunu bildirib:

"Oyunçularımı təbrik edirəm. Onlar xüsusilə də fasilədən sonra oyundan qopmadılar. İlk hissədəki səhvləri təkrarlamadılar. Fasilədə verdiyimiz qərarlar özünü doğrultdu. Oyunun gedişatını dəyişməyi bacardıq. İlk oyunda olduğu kimi bu dəfə də oyunun sonlarında yaxşı oynamadıq. Bu da komandanın avrokubok təcrübəsinin az olmasından irəli gəlir. Lakin daha yaxşı oyun sərgiləyəcəyimizə inanıram. "Rabotniçki" klubunu cari mövsümdə uğurlar arzulayıram".

Qeyd edək ki, A qrupunda yer alan “Sabah” sonuncu matçını oktyabrın 5-də Rumıniyanın “Rapid” klubuna qarşı keçirəcək.