Dani Kintana haqda: "Pul verməsələr belə, onları evdən çıxarmaram"
- 10 Okt 2019 13:00
- 1029
Bir neçə gün öncə məlumat vermişdik ki, "Qarabağ"ın yarımmüdafiəçisi Dani Kintana Bakıda kirayə qaldığı mənzildən çıxarılıb.
Səbəbi haqda yazmışdıq ki, ispaniyalı legioner ev natəmiz saxlaması üzündən bu vəziyyətlə üzləşib.
Rekord.az xəbər verir ki. hamamda duşu açıq qoyması səbəbindən mənzili su basıb.
Qonşuların sayəsində bundan xəbər tutan ev sahibi dəymiş ziyan olaraq Danidən 4500 manat alıb və ailəni məcbur edib ki, mənzili boşaltsın.
"Qarabağ"ın legioneri xəbərlə bağlı sportinfo.az-ın «Whatsapp» nömrəsinə məktub göndərib. İspaniyalı futbolçu informasiyanın əksini iddia edib.
Daha sonra isə evin sahibi İlham Ələkbərov redaksiya ilə əlaqə saxlayaraq, Kintananı mənzildən çıxarmadığını söyləyib: "Biz ailəvi dostuq. Danigil 7 aydır kirayənişinimizdir. Bu müddətdə aramızda heç bir problem olmayıb. Dani ödəməni vaxtında edir. Pul verməsələr belə, mən onları evdən çıxarmaram. Çünki çox yaxşı münasibətimiz var".