Dani Kintana: “İnanıram ki, komandamızda istək olacaq”
- 26 Noy 2019 13:21
- 917
“Qarabağ”ın ispan futbolçusu Dani Kintana Avropa Liqasında “Sevilya”ya qarşı keçirəcəkləri oyunla bağlı açıqlama verib.
Rekord.az xəbər verir ki, “Deportes ABCdesevilla” nəşrinə açıqlama verən yarımmüdafiəçi, “Qarabağ”ın İspaniya səfərində xal qazanmalı olduğunu bildirib:
“Bilirik ki, bu, çətin olacaq. “Sevilya” əla komandadır. Xulen Lopeteqinin gəlişindən sonra komandada müsbətə doğru dəyişiklik var. “Sevilya”nın Avropa Liqasında uğurlu təcrübəsi var. Mənə görə, onlar turnirin favoritidir.
İnanıram ki, komandamızda istək olacaq. “Sevilya” ilə oyun növbəti qarşılaşmaya da xüsusi əhəmiyyət verir. Biz müsbət nəticə qazanmalıyıq”.
“Sevilya” – “Qarabağ” matçı noyabrın 28-də keçiriləcək və saat 00.00-da başlayacaq.