Dani Kintana: “Kiprə qalib ruhu ilə yollanmalıyıq”
- 25 Okt 2019 00:27
- 827
“Bəxtimiz gətirmədi. Epiozodlara baxsaq, rəqibdən üstün olduğumuzu görərik. Öz səhvlərimiz də oldu. Ümumi götürsək, bəxt çatışmazlığı oldu".
Rekord.az xəbər verir ki, bunu "Qarabağ"ın yarımmüdafiəçisi Dani Kintana deyib.
Avropa Liqasının qrup mərhələsinin III turunda APOEL-i qəbul edən Ağdam təmsilçisi 2:2 hesablı bərabərliyə imza atıb. Azərbaycan çempionunun heyətində ilk qolun müəllifi olan Kintana 90 dəqiqəni üstün keçirdiklərini söyləyib.
O, fasilədə baş məşqçi Qurban Qurbanovun eyni oyunu sərgiləmək tapşırığı verdiyini vurğulayıb: "Qol buraxandan sonra istər-istəməz əhvalına təsir edir. İlk hissəni pis keçirmədik. Baş məşqçi eyni tərzdə oynamağa davam etməli olduğumuzu dedi. Qeyri-adi nəsə bildirmədi".
İspaniyalı hücumameyilli oyunçu nəticədən razı qalmadıqlarını deyib: "Nəticədən əlbəttə ki, razı qala bilmərik. Hadisələrin necə inkişaf etdiyini nəzərə alsaq, bəlkə də, nəsə deyə bilərik. Amma cavab matçı da var. Kiprə qalib ruhu ilə yollanmalıyıq ki, müsbət nəticə ilə dönək. (matc.az)