Danimarka millisinin qapıçısı “Seltik”də
- 19 İyl 2024 12:00
- 161
Şotlandiyanın "Seltik" klubu Danimarka millisinin qapıçısı Kasper Şmeyxeli transfer edib.
Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 37 yaşlı qolkiperlə müqavilə 2024/2025 mövsümünün sonuna kimi nəzərdə tutulub.
Şmeyxelin son klubu 2021-ci ilin sentyabrından çıxış etdiyi “Anderlext” (Belçika) olub.