
Danimarka millisinin üzvü "İnter"ə keçə bilər
- 2023-03-27 15:30
- 180
"Atalanta"nın və Danimarka millisinin hücumçusu Rasmus Xaylun mövsümün sonunda komandasını dəyişə bilər.
Rekord.az TMW-yə istinadən xəbər verir ki, futbolçunun xidmətində "İnter" maraqlıdır.
Qeyd edək ki, Xaylun Avro-2024-ün seçmə qrup oyunu çərçivəsində Qazaxıstanla keçirilən dünənki qarşılaşmada dubla imza atıb. Lakin buna baxmayaraq, onun komandası 2:3 hesabı ilə məğlub olub.