DÇ-2022: Son çempion ilk finalçı oldu
- 13 Okt 2022 00:25
- 466
Niderland və Polşanın ev sahibliyi ilə təşkil olunan qadın voleybolçular arasında dünya çempionatının ilk finalçısı bəlli oldu. "Rekord.az" xəbər verir ki, mundialın son qalibi Serbiya bu dəfə də adını finala yazdırıb.
Yarımfinal matçında ABŞ-la üz-üzə gələn Serbiya favorit göstərilirdi. Lakin amerikalı voleybolçular rəqibə ciddi müqavimət göstəriblər. Bununla belə, titullarını qorumaq istəyən serblər sensasiyaya imkan verməyiblər. 4 set davam edən görüşdə Serbiya 3:1 (25:21, 25:20, 17:25, 25:23). Oyunun ən məhsuldar oyunçusu serbiyalı Tiyana Boskoviç olub. Təcrübəli hücumçu 33 xal qazanıb.
Bununla da, Serbiya finala yüksələn ilk komanda olub. Çempionluq uğrunda mübarizə aparacaq digər komandanın adına isə sabah baş tutacaq İtaliya-Braziliya qarşılaşmasından sonra aydınlıq gələcək.