DÇ-2022: Son çempion xal itirdi
- 27 Sen 2022 00:30
- 469
Voleybolçu qadınlardan arasında Dünya çempionatında daha bir gün geridə qaldı. "Rekord.az" xəbər verir ki, Niderland və Polşanın ev sahibliyi etdiyi turnirin 4-cü günündə daha altı oyun baş tutub.
Günün gözlənilməz nəticəsi Serbiya-Bolqarıstan görüşündə qeydə alınıb. Son dünya çempionunun çətinlik çəkmədən qalib gələcəyi ehtimal olunsa da, bolqarlar ciddi müqavimət göstəriblər. Bununla belə, 5 hissə davam edən matçda serbiyalı voleybolçular sensasiyaya imkan verməyiblər və 3:2 hesabı ilə qələbə qazanıblar.
Günün digər qarşılaşmalarında isə eyni nəticə - quru hesab qeydə alınıb. Belə ki, Yaponiya Çexiyanı, Almaniya Qazaxıstanı, İtaliya Puerto-Rikonu, Braziliya Argentinanı, ABŞ isə Kanadanı 3:0 hesabla məğlub ediblər.