Qadın voleybolçular arasında Dünya çempionatında növbəti oyunlar keçirilib. "Rekord.az" xəbər verir ki, Türkiyə növbəti mərhələyə qrup lideri olaraq yollanır.

Qonşu ölkənin yığma komandası qrupun son görüşündə yarışa ev sahibliyi edən Polşa ilə üz-üzə gəlib. Matç kifayət qədər gərgin keçib. 5 set davam edən qarşılaşmada türkiyəli voleybolçular 3:2 (22:25, 25:23, 25:22, 18:25, 15:11). 

Günün digər oyunlarında Bolqarıstan Qazaxıstanı 3:0, Braziliya Çini 3:1, Tayland Dominikan Respublikasını 3:2, Kanada Almaniyanı 3:2, Puerto-Riko Keniyanı 3:1, Cənubi Koreya Xorvatiyanı 3:1, Çexiya Kolumbiyanı 3:1, Serbiya ABŞ-ı 3:0 hesabları ilə üstələyiblər. 

Qeyd edək ki, sabah qrup mərhələsinin son oyunları baş tutacaq.