Futbol üzrə 2026-cı il dünya çempionatının seçmə mərhələsində Avropa zonası üzrə 1-ci turun növbəti oyunları keçiriləcək.


Rekord.az xəbər verir ki, I, J və L qruplarında ümumilikdə 6 görüş baş tutacaq.


Günün ən erkən oyunu saat 18:00-da Lixtenşteyn və Şimali Makedoniya futbolçuları arasında oynanılacaq. 3 saat sonra Moldova Norveçi, Monteneqro isə Cəbəllütariqi sınağa çəkəcək.


Digər 3 matç isə saat 23:45-də start götürəcək.


22 mart


I qrupu

21:00 Moldova - Norveç

23:45 İsrail - Estoniya


J qrupu

18:00 Lixtenşteyn - Şimali Makedoniya

23:45 Uels - Qazaxıstan


L qrupu

21:00 Monteneqro - Cəbəllütariq

23:45 Çexiya - Farer Adaları