
DÇ-2026: Şimali Makedoniya və Norveçdən darmadağın
- 23 Mar 2025 01:50
- 85
DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsi davam edir.
Rekord.az xəbər verir ki, ilk turun ikinci oyun günündə 6 matç baş tutub.
İ, J və L qruplarında mübarizəyə start verilib. Norveç səfərdə inamlı qələbə qazanıb. Vikinqlər Moldovanın qapısından 5 cavabsız top keçiriblər.
Uels öz meydanında Qazaxıstandan güclü olub. Qazaxların gücü buraxılan 3 qoldan yalnız birinin əvəzini çıxmağa çatıb. Çexiya və İsrail də seçmə mərhələ qələbə ilə start verib.
DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsi
22 mart
I qrupu
Moldova – Norveç 0:5
Qollar: Ryerson, 5. Haland, 23. Osqor, 38. Sörlot, 43. Donnum, 69.
İsrail – Estoniya 2:1
Qollar: Heyn, 23-öz qapısına. Dasa, 75 – Paskotsi, 10.
J qrupu
Lixtenşteyn - Şimali Makedoniya 0:3
Qollar: Traykovski, 7 Musliu, 42. Miovski, 84.
Uels – Qazaxıstan 3:1
Qollar: D.Ceyms, 9. B.Devis, 47. Matondo, 90+1 – Taqibergen, 32-pen.
L qrupu
Monteneqro – Cəbəllütariq 3:1
Qollar: Yovetiç, 22. Tuçi, 70. Maruşiç, 73 – Bent, 13.
Çexiya - Farer Adaları 2:1
Qollar: Şik, 25; 85 – Vatnhamar, 83.